Haqqımızda

Doğma diyarlara həyat qayıdır

Layihə haqqında

“Ağdam Rezidens” Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “FMG (Facility Management Group)” şirkətinə məxsus layihədir. Korporativ Sosial Məsuliyyəti yüksək tutan öz köklü təcrübəsi ilə seçilən “FMG (Facility Management Group)” Ağdamın mərkəzində salınan ilk yaşayış mərkəzini yaratmaqla vətənimizə və xalqımıza xidmət edir.

Bəhsikeçən bu yaşayış kompleksi Qarabağın və bilavasitə Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində atılan ilk addımlardandır.

Stratejik olaraq əhəmiyyətli bölgədə tikilən “Ağdam Rezidens” investisiya üçün də çox əlverişlidir. Bölgəyə əhalinin yerləşdirilməsi planı hazır olduğundan Ağdam həmçinin xarici yatırımlar üçün də əvəzolunmaz məkandır.

Missiyamız

Mükəmməlliyə və müştəri məmnuniyyətinə olan sadiqliyi, tikintiyə olan peşəkar yanaşması və müstəsna nəticələrə hədəfli olması ilə “Ağdam Rezidens” dəyərləri arasında dürüstlük, şəffaflıq və peşəkarlığı əsas tutur. Çünki, müştəri yönümlü və nəticə əsaslı iş fəlsəfəsinə sahib şirkət güclü və uzunmüddətli münasibətlərin qurulmasını, mükəmməl və davamlı inkişafa nail olmaqla yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini həyata keçirməyi prioritet hesab edir.

Vizyonumuz

Daşınmaz əmlak sənayesinin bütöv dəyər zəncirindəki imkanlardan faydalanmaqla, effektiv idarəçilik metodlarını tətbiq etməklə və bütün bazara, eləcə də müştərilərimizə innovativ və səmərəli həllər təklif etməklə, daşınmaz əmlakın inkişafı və xidmətləri sektorunda Azərbaycanın aparıcı şirkətlər qrupuna çevrilməkdir.

Qarabağın seçilən bölgəsi

Qarabağın seçilən bölgəsi Ağdamda inşa edilən “Ağdam Rezidens” işğaldan azad olunmuş torpaqlarda qurulan ilk müasir yaşam kompleksidir.

Qədim tarixi məkan

Qədim tarixi məkanda qurulan bu yaşayış binası müasir trendləri və texnologiyanı tətbiq edərək sakinləri üçün əvəzolunmaz rahatlıq yaratmağı öz hədəfləri arasında ilk yerdə tutur. Tikinti sektorunun ən sonuncu həllərini istifadə edən, səmərəliliyi optimallaşdırmaq və zamanın sınağına tab gətirən layihələri təqdim etmək üçün innovativ alətlər və metodologiyalardan istifadə edən, həmçinin infrastruktur olaraq da sakinlərinin ehtiyaclarını uzağa getmədən bir kompleksdə toplayan “Ağdam Rezidens” şəhərin mərkəzi yolları üzərində yerləşir.

Müasir və rahat

Müasir və rahat mənzillərdən, ticarət və iaşə obyeklərindən ibarət kompleks “Ağdam Rezidens” yaşıl ərazi və dayanıqlı dizaynı ilə təkrarolunmaz görünüşə malikdir. Modern standartlara cavab verən yaşayış kompleksi 30 ədəd 1 otaq studio tipli, 60 ədəd 2 otaqlı və 30 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 120 mənzildən ibarətdir.

Yerləşdiyimiz ərazi

Doğma diyarlara həyat qayıdır.