Kommersiya sahəsi
“Aghdam Residence” yeni fürsətlər üçün əvəzolunmaz məkan
“Ağdam Rezidens” yeni fürsətlər üçün əvəzolunmaz məkan
“Ağdam Rezidens” yaşayış kompleksi biznes sahibləri üçün maraqlı infrastruktur planı təqdim edir.
Kompleks daxilində fəaliyyət göstərən ticarət və iaşə obyektləri sərmayə üçün əlverişli imkanlar təmin edir. Sahibkarların fəaliyyəti üçün nəzərdə tutulan bu obyektlər təmirsiz olaraq təklif edilir və sizə brendinizin korporativ üslubuna uyğun təmir etməyiniz üçün şərait yaradır.
Daim dəyişən dünyamızı nəzərə alaraq, kompleks daxilində fəaliyyət göstərən ticarət mərkəzinin planlamasında müxtəlif reklam sahələri də nəzərdə tutulmuşdur. Bu amil ümumilikdə 120 ailənin məskunlaşacağı kompleksdə hər gün yüzlərlə ailəyə reklamınızın göstərilməsi deməkdir.